Salam hamıya. Son 2 ildi Türkiyədə oxuyurdum. Oradakı azərbaycanlıları görəndə demək olar ki, böyük əksəriyyəti özünü dağın başına qoyub hərəkət edənlər idi. Özlərini universitetdə məşhur, imkanlı, hamıdan üstün görürdülər, öz kruqları var idi və s. Düşünürdüm ki, yəqin Türkiyəyə gəlmək rahatdı deyə hər cür adam gəlir, ona görə çox qozlamırdım. Amma 2 ildə çox şey yaşadım deyə Türkiyəyə qarşı nifrət elədim və universiteti dəyişmək qərarına gəldim. Dedim yəqin Avropada səviyyəli azərbaycanlılar olar.
İndi Avropaya gəlmişəm. Hələ böyük şəhərdə deyiləm, balaca city-di, normal universitetdi. Bütün müraciəti, viza işlərini, sənədləri özüm həll etmişdim heç bir şirkətdən dəstək almadan. Universitetə qəbul olandan sonra viza, sənəd işləri... Vizam gec çıxdığı üçün universitetə bir az da gecikdim. Nəysə, dedim indi hamı tanış olub, mən çətinlik çəkərəm, həm də düşünürdüm ki, getdiyim yerdə çox rast gəlinən azərbaycanlı olmaz.
Gəldim bura Avropaya gördüm ən azı bizim fakültədə 10-15-ə yaxın, economics fakültəsində isə 10 nəfər falan azərbaycanlı var. Əvvəlki kurslardan da 2-3 nəfər var idi. Dedim bu necə olur, belə balaca şəhərdə azərbaycanlılar dolub bura? Özü də girməkdə çətin olan bir universitetdir, nə qədər stress yaşamışdım imtahan, müsahibə mərhələsində. Dedim cehennem, yerlimizdilər də, bəlkə burdakılar səviyyəli olarlar. Baxdım yox. Çoxu rus sektor, səni adam yerinə qoymurlar, rusca danışmırsansa. Azərbaycan dilini bilmirlər, azərbaycanca da bilənlər özlərini göynən aparır. Təbii ki, nə bilim, çox məyus oldum.
Məndə problem məndədir, yoxsa necə anlamıram? Yəni bura bu il girənlərin əksəriyyətinin 17 yaşı var, mənim 20 yaşım var və 1-ci kursa yenidən başlayıram. Bunlar mənə ağıl verirlər sanki məndən çox təcrübə görüblər. İlk dəfədi Avropaya çıxırlar, tək başına yaşayırlar, çətinlik görürlər də. Mən həyatımı 2-ci dəfə 0-dan qururam. Mənə qarşı soyuq, nə bilim, sanki mən lozerəm kimi davranışlar, ya da yaşım çoxdu deyəmi belə dışlanıram, bilmirəm.
Bir məqamı da deyim: bura gələnlərin çoxu şirkət vasitəsilə gəlib. Yəni qəbul, viza, sənəd prosesinin çoxunu özləri etməyiblər. Mən isə hamısını tək etmişəm. Üstəlik iş təcrübəm var, öz startup layihəm var. Yəni baxanda çoxundan daha üstün vəziyyətdəyəm. Amma mən heç vaxt özümü üstün görməmişəm, heç vaxt özümü yetərli hiss etməmişəm. Sadəcə ətrafımdakılar deyir ki, “sən onlardan daha üstün vəziyyətdəsən, vecinə alma onları”. Yenə də özümü qəribə hiss edirəm.
Mən də dost qurmaqda çətinlik çəkən biriyəm, yəni sosial anksiyetəsi olan biriyəm də. Kimsə mənə bir addım atırsa, mən də atıram, amma birinci addımı atmaqda çox çətinlik çəkirəm. Yəni problem kimdədir, bilmirəm. Amma azərbaycanlılar öz kruqlarını qurublar və təkcə mənəmi qarşı belə davranışlar, yoxsa yəni kimsə kruquna almırlar? Çatmır amma türklərin gedib ağzının içinə girirlər, sanki çox böyük insanmış kimi. Bilmirəm.
Düşünürdüm hər şey fərqli olar, Avropaya gəlsəm. Bəlkə də hara getsəm belədi, problem məndədir, anlamıram. İndi hələ ki yeni başlamışam bu həyata, bəlkə gələcəkdə fərqli olar. Sadəcə bilmək istəyirəm ki, aramızda bu şeyləri yaşayan var? Siz necə edirsiniz?